Bazar ertəsi, 29 Aprel

Rejissordan "Napoleon"u bəyənməyənlərə: "Öz işinə bax" - FOTO

image

Rejissor Ridli Skott yeni təqdim olunan "Napoleon" filmini tənqid edən fransızlara etiraz edib.

Xəbər verilir ki, 85 yaşlı rejissor filmi bəyənməyənlərə "Öz işinə bax" deyərək onları susdurub. 

Skott Fransanın "Le Figaro", "Le Point" və "French GQ" kimi mətbuat orqanlarına etiraz edərək sərt reaksiya bildirib.

"BBC" kanalının əməkdaşı Skottdan bu tənqidləri necə qarşıladığını soruşduqda "Fransızlar özlərini belə sevmirlər. Bu filmi Parisdə göstərdiyim  insanlar çox sevdi" deyə cavab verib. Ridli onu tənqid edən tarixçilərə isə "Həmin hadisələr baş verdikdə orada idiniz ki belə dəqiqliklə bilirsiniz hər şeyi?" deyərək qeyd edib.

Xatırladaq ki, imperatorun hakimiyyət illəri, o cümlədən həyat yoldaşı Jozefina ilə sevgi macərasından bəhs edən fimin premyerası bu həftə Parisdə baş tutub. Rejissor Ridli Skotun uzun müddətdir gözlənilən ekran əsərinin baş rolunda Hoakin Feniks çəkilib. Film Böyük Britaniya, Malta, Fransa və İranda lentə alınıb. Böyük Britaniya və Amerikadakı nümayişi zaman çox bəyənilən ekran işi Fransada qınanılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39